ANA SƏHİFƏ MND NƏDİR NÖMRƏNİ NECƏ DAŞIMALI MOBIL NÖMRƏNIN DAŞINMASI İlkin qeydiyyat FAQ
 
 
MOBIL NÖMRƏ DAŞINMASI NƏ DEMƏKDIR?
“Mobil nömrə daşınması” xidməti sayəsində abunəçinin daim istifadə etdiyi nömrə dəyişmədən istənilən mobil operatorun şəbəkəsinə qoşula bilər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə (050, 051, 055, 070, 077) birlikdə həyata keçirildiyi üçün abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Beləliklə, abunəçi mobil operatoru dəyişdikdən sonra yeni nömrə almaq və nömrənin dəyişməsi barədə tanıdığı insanlara məlumat vermək məcburiyyətində qalmayacaq. Hər hansı nömrə 3 aydan az müddətdə istifadə edildikdə, onun daşınmasına yol verilmir.