ANA SƏHİFƏ MND NƏDİR NÖMRƏNİ NECƏ DAŞIMALI MOBIL NÖMRƏNIN DAŞINMASI İlkin qeydiyyat FAQ
Nömrənizi Bakcell-ə necə daşımalı?
ADDIM 1
Mövcud olan mobil nömrənizlə (mövcud operatorunuzun SIM-kartı ilə) Bakcell-in istənilən rəsmi mağazasına yaxınlaşıb şəxsiyyət vəsiqənizi təqdim edin. Mobil nömrə daşınması yalnız nömrənin sahibi tərəfindən həyata keçirilə bilər. Daşınacaq nömrənin sahibi deyilsinizsə, o zaman həmin nömrənin sahibi tərəfindən verilən etibarnaməni təqdim etməlisiniz.
 
ADDIM 5
Nömrənizin Bakcell-ə köçürülməsi 3 gün ərzində həyata keçiriləcək. Həmin şərtlər tənzimləyici tərəfindən müəyyən olunur və bütün operatorlara aid edilir.
 
ADDIM 2
Bakcell-in təmsilçisi zəng edərək mövcud olan nömrənizi yoxlayır.
ADDIM 6
Daşınmanın tam olaraq həyata keçirilməsinə 1 gün qalmış SMS vasitəsilə mövcud mobil nömrənizə (mövcud operatorunuzun SİM-kartına) müvafiq məlumat gələcək.
ADDIM 3
Bakcell-in sərfəli təkliflərindən birini seçirsiniz.
ADDIM 7
Daşınma vaxtına 2 saat qalmış hər iki SİM-kartınız işləməyəcək.
ADDIM 4
Daşınan nömrə üçün ərizə formasını doldurub vahid abunə müqaviləsini imzalayırsınız. Sizə Bakcell-in SİM-kartı pulsuz verilir.
ADDIM 8
Daşınma həyata keçiriləndən dərhal sonra Sizi Bakcell abunəçisi olmağınız münasibətilə təbrik etmək olar. Keçmiş mobil operatorunuzun SİM-kartı Sizə artıq lazım olmayacaq.
Digər operatorların abunəçiləri tərəfindən mövcud nömrənin Bakcell şəbəkəsinə daşınması haqqında ərizələrin qəbulu müvəqqəti olaraq yalnız Bakcell Müştəri Xidmətləri Mərkəzində həyata keçirilir.


Nömrələrini Bakcell-ə daşımaq istəyən hüquqi şəxslər gold@bakcell.com elektron poçt ünvanı vasitəsilə Bakcell-in Korporativ Satış şöbəsinin təmsilçisi ilə əlaqə saxlaya bilər.
Nömrələrini Bakcell-ə daşımaq istəyən korporativ müştərilər aşağıdakı üsullardan birini seçə bilərlər:

•    gold@bakcell.com elektron poçt ünvanına yazmaq;
•    +994 55 800 00 55 nömrəsinə zəng edib Bakcell-in telefon mərkəzinə müraciət etmək;
•    Bakcell-in istənilən rəsmi satış mağazasına yaxınlaşmaq.>