ANA SƏHİFƏ MND NƏDİR NÖMRƏNİ NECƏ DAŞIMALI MOBIL NÖMRƏNIN DAŞINMASI İlkin qeydiyyat FAQ
FAQ
Mobil Nömrələrin Daşınması (MND) nə deməkdir?
Mobil Nömrələrin Daşınması – abunəçinin sahib olduğu mobil nömrənin, hal-hazırda istifadə etdiyi mobil operatorun şəbəkəsindən çıxarılaraq (prefiks* və nömrənin olduğu kimi saxlanılması şərtilə), digər bir mobil operatorun şəbəkəsinə keçirilməsi deməkdir.
* Nömrənin önündəki kod nəzərdə tutulur.  Nümunə: 055 (070, 077, 050, 051)

MND hansı üstünlüklər və imkanlar yaradır?
MND xidməti abunəçiyə istifadə etdiyi və yaxınları tərəfindən tanınan nömrəsini dəyişmədən  asanlıqla Bakcell şəbəkəsinə keçib daha sərfəli təklif və xidmətlərdən yararlanmaq imkanı yaradır.
MND necə həyata keçirilir?
Mobil nömrəni Bakcell şəbəkəsinə daşımaq istəyən abunəçi istənilən diler mağazasına və ya müştəri xidmətləri mərkəzinə müraciət edib xidmətin həyata keçirilməsi üçün müvafiq formanı doldurmalı və aşağıdakı sənədləri təqdim etməlidir.
MND-nin həyata keçirilməsi üçün hansı sənədlər tələb olunur?
Xidməti həyata keçirmək üçün aşağıdakı sənədlər təqdim etməlidir:
1. Fiziki şəxslər üçün: Şəxsiyyət vəsiqəsi*
2. Hüquqi şəxslər üçün: Hüquqi şəxsin dövlət qeydiyyatı və vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq edilmiş surətləri
*Şəxsiyyəti təsdiq edən sənəd qismində şəxsiyyət vəsiqəsi ilə yanaşı xarici pasport, zabit vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi və s. təqdim etmək mümkündür.
QEYD
Aşağıdakı hallar zamanı fiziki şəxslər qeyd olunan əlavə sənədləri təqdim etməlidir:
Əgər şəxsiyyəti təsdiq edən sənəddə hər hansı bir zəruri dəyişikliklər baş veribsə (məsələn: ad, soyad), o zaman bu məlumatların dəyişməsini təsdiq edən sənədlər təqdim edilməlidir.
Nümunə: Evlilik zamanı şəxsiyyəti təsdiq edən sənəddəki zəruri məlumatların dəyişməsilə əlaqədar olaraq evlilik haqqında şəhadətnamə təqdim edilir.
Əgər Mobil Nömrənin Daşınması nömrənin sahibi tərəfindən deyil, başqa bir nümayəndə tərəfindən həyata keçirilirsə, o zaman həmin nümayəndə prosesi həyata keçirmək üçün öz şəxsiyyət vəsiqəsilə yanaşı mütləq etibarnamə təqdim etməlidir. Etibarnamədə xidmətin adı mütləq qeyd olunmalıdır.
Bu proses hansı müddət ərzində həyata keçiriləcək?
Mobil nömrələrin daşınması prosesi abunəçinin Bakcell-ə müraciətindən sonra 3 iş günü ərzində həyata keçirilir. Prosesin başa çatmasından bir gün öncə abunəçi SMS vasitəsilə məlumatlandırılır. Ərizənin təqdim edildiyi tarixdən əməliyyatın həyata keçirilməsi tarixinədək abunəçi cari operatorun xidmətindən istifadə etməyə davam edir.
Mobil Nömrələrin Daşınması zamanı SİM Kart dəyişdirilirmi?
Mobil Nömrənin Daşınması zamanı abunəçiyə məxsus olan SİM Kart dəyişdirilir. Bakcell abunəçinin cari mobil nömrəsinin öz şəbəkəsinə keçirilməsi üçün pulsuz SİM-kart təqdim edir.
Hansı müddət ərzində operatoru dəyişmək olar? 
Abunəçi Mobil Nömrənin Daşınması əməliyyatını həyata keçirmək üçün nömrəsini hal-hazırda məxsus olduğu mobil operatorun şəbəkəsində ən azı 3 ay istifadə etməlidir.
QEYD
Nömrənin hal-hazırda məxsus olduğu mobil operatorun şəbəkəsində 3 ay müddətində istifadə edilməsi göstərilərkən, onun bir tərəfli (Block one way), iki tərəfli (Block two way) və ya müvəqqəti (Suspended) şərtlər əsasında fəaliyyət göstərməsi heç bir əhəmiyyət kəsb etmir.

Mobil Nömrələrin Daşınması üçün ödəniş haqqı tələb olunurmu?
Ödəniş haqqı tələb olunmur.
Mobil Nömrələrin Daşınması həyata keçirildikdən sonra abunəçi hansı tarif və xidmətlərdən istifadə edəcək?
Mobil nömrəsini Bakcell şəbəkəsinə daşıdıqdan sonra abunəçi Bakcell-in xüsusi sərfəli xidmət və tariflərindən istifadə edə bilər.  
Abunəçi nömrəsini bir şəbəkədən digər şəbəkəyə daşıdığı zaman balans qalığını köçürə bilərmi?
Balans qalığı və digər ödənişli xidmətlər nömrənin digər şəbəkəyə daşınmasından əvvəl istifadə edilməlidir. Əks halda balans qalığı və ödənişli xidmətlər ləğv olunur. 
ЧАСТНЫМ
КЛИЕНТАМ
КОРПОРАТИВНЫМ
КЛИЕНТАМ