Nömrənizi Bakcell-ə necə daşımalı?
![]() |
ADDIM 1
Mövcud olan mobil nömrənizlə (mövcud operatorunuzun SIM-kartı ilə) Bakcell-in istənilən rəsmi mağazasına yaxınlaşıb şəxsiyyət vəsiqənizi təqdim edin. Mobil nömrə daşınması yalnız nömrənin sahibi tərəfindən həyata keçirilə bilər. Daşınacaq nömrənin sahibi deyilsinizsə, o zaman həmin nömrənin sahibi tərəfindən verilən etibarnaməni təqdim etməlisiniz.
|
![]() |
ADDIM 5
Nömrənizin Bakcell-ə köçürülməsi 3 iş gün ərzində həyata keçiriləcək. Həmin şərtlər tənzimləyici tərəfindən müəyyən olunur və bütün operatorlara aid edilir.
|
||
![]() |
ADDIM 2
Bakcell-in təmsilçisi zəng edərək mövcud olan nömrənizi yoxlayır.
|
![]() |
ADDIM 6
Daşınmanın tam olaraq həyata keçirilməsinə 1 gün qalmış SMS vasitəsilə mövcud mobil nömrənizə (mövcud operatorunuzun SİM-kartına) müvafiq məlumat gələcək.
|
||
![]() |
ADDIM 3
Bakcell-in sərfəli təkliflərindən birini seçirsiniz.
|
![]() |
ADDIM 7
Daşınma vaxtına 2 saat qalmış hər iki SİM-kartınız işləməyəcək.
|
||
![]() |
ADDIM 4
Daşınan nömrə üçün ərizə formasını doldurub vahid abunə müqaviləsini imzalayırsınız. Sizə Bakcell-in SİM-kartı pulsuz verilir.
|
![]() |
ADDIM 8
Daşınma həyata keçiriləndən dərhal sonra Sizi Bakcell abunəçisi olmağınız münasibətilə təbrik etmək olar. Keçmiş mobil operatorunuzun SİM-kartı Sizə artıq lazım olmayacaq.
|
Digər operatorların abunəçiləri tərəfindən mövcud nömrənin Bakcell şəbəkəsinə daşınması haqqında ərizələrin qəbulu müvəqqəti olaraq yalnız Bakcell Müştəri Xidmətləri Mərkəzində həyata keçirilir.